DÜNYA


Tayvanda 6,9 bal gücündə zəlzələ olub

Tayvan adasının şərqindəki Hualien rayonunda 6,9 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Pekin vaxtı ilə 14:44-də (Bakı vaxtı ilə 10:44) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub. Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.