Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarda qarğıdalı yığımına başlanılıb

22.09.2022 [11:45]

Xəbərin mətni

Biləsuvarda bu mövsüm intensiv texnologiyaların tətbiqi ilə becərilən hibrid qarğıdalı sahələrində artıq biçinə başlanılıb. Növbəli əkin prinsipinə uyğun olaraq, bu il ümumilikdə rayonda 1700 hektara yaxın sahədə intensiv texnologiyaların tətbiqi ilə qarğıdalı bitkisi becərilib.