Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Azərbaycan-Avstriya iqtisadi əlaqələrinin tarixinə dair məruzə təşkil edilib

23.09.2022 [12:31]

Xəbərin mətni

Sentyabrın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin tarixinə həsr olunmuş məruzə axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.