İDMAN
Azərbaycan millisi UEFA Millətlər Liqasını qələbə ilə başa vurub
26.09.2022 [10:21]
Futbol üzrə Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.AZƏRTAC xəbər verir ki, millimiz UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda son görüşündə Qazaxıstan seçməsini qəbul edib.Matçın 74-cü dəqiqəsində millimizin üzvü Filip Ozobiç baxımlı qola imza atıb. Qarşılaşmanın 83-cü dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. Oyunda son qolu 90+1-ci dəqiqədə Anatoli Nuriyev vurub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb. Beləliklə, görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
04.12.2023 [16:43]
02.12.2023 [22:22]
01.12.2023 [01:29]
29.11.2023 [14:27]
04.12.2023 [18:15]
02.12.2023 [18:01]
30.11.2023 [17:44]
29.11.2023 [10:28]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]