MƏDƏNİYYƏT


Polşanın Varşava şəhərində Azərbaycan kino həftəsi keçirilir

Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.AZƏRTAC xəbər verir ki, Azərbaycan kinematoqrafiyası ilə tanış olmaq üçün unikal şans olan film həftəsi oktyabrın 1-nə kimi Varşavanın “Kultura” kinoteatrında davam edəcək və hər bir film polyak və ingilis dillərində subtitrlərlə tamaşaçılara təqdim olunacaq.