İQTİSADİYYAT


Almaniyada Ələt Azad İqtisadi Zonasının imkanları təqdim olunub

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov sentyabrın 26-29-da Almaniyaya səfər edib.
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Asossiasiyasında, səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində və "MÜSİAD Berlin"də (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) təqdimatlar keçirilib. Həmçinin, Almaniyanın Federal Qidalanma və Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Miqyaslı Müəssisələr Asossiasiyasının, “SAP” və “Siemens Mobility” şirkətlərinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər keçirilib.