CƏMİYYƏT


Suraxanı rayonunda avqust-sentyabr aylarında keçirilən əməliyyatlar zamanı 222 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən ümumilikdə 222 nəfər saxlanılıb. Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-nu barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.