Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

15.10.2026 [14:09]

Xəbərin mətni

Bu ilin altı ayında maliyyə sektorunun aktivləri 7 faiz artaraq 64,9 milyard manata çatıb. Bu, ümumi daxili məhsulun (ÜDM) 50 faizi deməkdir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 6 ayın yekunlarına dair Maliyyə Sabitliyi Hesabatinın təqdimatı və mətbuat konfransında deyib.