CƏMİYYƏT


Doğum günündə cəbhəyə yollanan şəhid Amil Səfərlinin xatirəsi yad edilib

Vətən müharibəsi şəhidi Amil Səfərlinin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının nümayəndələri, şəhidin dostları və yaxınları, kənd sakinləri, məktəblilər iştirak edib. Şəhid Amilin Çahar kənd qəbiristanlığında məzarı ziyarət olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.