Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib
04.10.2022 [11:14]
Xəbərin mətni
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib.