MƏDƏNİYYƏT


Türkiyədə Azərbaycan milli rəqs və musiqilərindən ibarət konsert keçirilib

Türkiyənin Tekirdağ vilayətində “Bir millət, iki dövlət!” şüarı altında Azərbaycanın milli rəqs və musiqilərindən ibarət konsert keçirilib.AZƏRTAC xəbər verir ki, “Şuşa ili” çərçivəsində baş tutan tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Cəngi Rəqs Ansamblının ifasında “Vətən suitası”, “İgidlər”, “Naz eləmə”, “Uzundərə”, “Yallı”, “Sarı gəlin”, “Bayram” kimi milli rəqslərimiz nümayiş etdirilib, Azərbaycan musiqi nümunələri səsləndirilib.