CƏMİYYƏT


Nəsimi rayonunda yanğının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən elektronika malları satılan mağazlardan birindən gecə saatlarında Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər.