Bakı Dövlət Sirki yeni mövsümə beynəlxalq proqramla başlayır
05.10.2022 [18:22]
Xəbərin mətni
Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilov bildirib.