İQTİSADİYYAT


Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsinin təmiri yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri işləri artıq yekunlaşıb.