İQTİSADİYYAT


Xocavənd Suvarma Sistemləri İdarəsi tərəfindən yeni beton kanal çəkilir

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki məntəqədə suvarma işlərinin yaxşılaşdırılması üçün yeni beton kanal çəkilir.
AZƏRTAC xəbər verir ki, Xocavənd Suvarma Sistemləri İdarəsinin əsas funksiyası rayon ərazisində yerləşən kənd və qəsəbələrdə yaşayan əhaliyə verilmiş pay torpaqlarının və digər sahibkarlıq subyekti olan kənd təsərrüfatı əkinlərinin suvarılmasını, meliorasiya və irriqasiya işlərinin yerinə yetirilməsini təmin etməkdir.