Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yardımlıda 3000 hektar sahədə taxıl əkini yekunlaşıb

14.11.2022 [20:27]

Xəbərin mətni

Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olan Yardımlıda taxıl səpini başa çatmaq üzrədir. Taxılçılar növbəti təsərrüfat ili üçün bol məhsul yetişdirmək əzmindədirlər. AZƏRTAC xəbər verir ki, Yardımlıda ən çox taxıl əkilən ərazilərindən biri də Bilnə ərazi vahidliyidir.