Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Xətai rayonunda Cavanşir küçəsi əsaslı təmir edilib

23.11.2022 [17:02]

Xəbərin mətni

Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsi əsaslı təmir edilib.