CƏMİYYƏT


Müharibədən sonra Laçında 1400-dən çox yeni mina basdırılıb - xarici ölkələrin hərbi attaşeləri erməni terrorunun izləri ilə tanış olublar

Noyabrın 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və media nümayəndələri Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minaların basdırıldığı əraziyə səfər ediblər. Minalar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 44 günlük müharibədən sonra basdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E fuqas tipli piyada əleyhinə mina zərərsizləşdirilib.