Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda payızlıq kartof sahələrində bol məhsul yetişib – 50 qəpiyə satılır

28.11.2022 [15:18]

Xəbərin mətni

Cəlilabadda ikinci çörək hesab olunan payızlıq kartofun yığımına başlanılıb. Yazlıq əkinlərdən bol məhsul əldə edən fermerlər, indi çıxardıqları payızlıq məhsulu sərfəli qiymətə satacaqlarına ümid edirlər.AZƏRTAC xəbər verir ki, növbəli əkin prinsipinə uyğun olaraq sahələrdən il ərzində iki, üç, bəzən dörd dəfəyədək məhsul götürən zəhmət adamları, builki payızlıq əkin mövsümündə rayonun ayrı-ayrı kəndlərində təxminən 1000 hektara yaxın sahədə kartof əkib-becəriblər.