İQTİSADİYYAT


İstanbulda COMCEC-in 38-ci iclasının rəsmi açılış mərasimi keçirilib

Noyabrın 28-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclasının rəsmi açılış mərasimi keçirilib. Komitənin builki toplantısı “COVID-19 Pandemiyası işığında effektiv sosial yardımın təminatı və sosial-iqtisadi gücləndirmə” mövzusunda baş tutub.