MƏDƏNİYYƏT


Unudulmayan nəğmələr...

Dekabrın 1-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli ifaçı, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Şövkət Ələkbərova 100” adlı xatirə gecəsi keçirilib.Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin instrumental ansamblının müşayiəti ilə tanınmış və gənc müğənnilər Şövkət Ələkbərovanın repertuarından mahnılar ifa ediblər.