MƏDƏNİYYƏT


Kənddə yaşayıb-yaratsa da, səs-sorağı Avropadan gəlir

Altmış yeddi yaşlı Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır, yaradıcılıqla məşğul olur. Rəssamlığa lap kiçik yaşlarından, 3-cü sinifdən başlayıb. Daha sonra rəssamlıq təhsili alıb, Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.AZƏRTAC xəbər verir ki, indiyə kimi qazandığı uğurları elə yaşadığı kənddə əldə edib. Bununla da sübut edir ki, uğur qazanmaq üçün məkanın fərqi yoxdur. Üstəlik rəssam qeyri-adi bacarığı ilə də diqqət çəkir. Belə ki, o, ölkədə ilk dəfə şam tüstüsündən istifadə etməklə 30-dək əsər ərsəyə gətirib.