İDMAN


Fransızlar üçün uğurlu matç, Levandovskidən təsəlli qolu

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Polşa millisi ilə oyunda dubl edən fransız hücumçu Kilian Mbappe komandasının mərhələ adlamasında böyük pay sahibi olub (3:1). İlk qolun müəllifi Fransa yığmasının üzvü Olivye Jiru isə komandanın tarixinə düşüb. İkinci hissəyə əlavə edilmiş vaxtın sonuncu dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penalti zərbəsini Robert Levandovski dəqiq yerinə yetirərək Polşa millisinin təsəlli qolunu vurub.