MƏDƏNİYYƏT


Aktrisa Zülfiyyə Əliyeva: Anladım ki, 30 illik əmək fəaliyyətim hədər getməyib...

Mən teatra gələndə 16 yaşım var idi. Hər zaman balaca dostlarımızın qarşısında çıxış etmişəm. Onların gülüşü, sevinci bizim üçün ən böyük hədiyyə olub və biz bunun üçün yaşayırıq...
Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Gəncə Dövlət Kukla Teatrının istedadlı aktrisası Zülfiyyə Əliyeva deyib.