CƏMİYYƏT


“Azərişıq”ın Strateji İnkişaf Planı açıqlanıb

Dekabrın 7-də “Azərişıq” ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planının (ASİP) təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, ASC sədrinin müavini Ramil Yusifov tədbir haqda məlumat verib. Bildirilib ki, sənədin məqsədi, ölkənin artan enerji tələbatına və sosial ehtiyaclarına cavab verən strateji planının əsasında növbəti dövrlərdə işlərin icrasıdır. Eyni zamanda, bu sənəd, enerji təchizatı sistemi üzrə etibarlılığının artırılmasına, elektrik enerjisi itkilərinin azadılmasına, müasir idarəçilik üzrə alətlərin təkminləşdirilməsinə xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır