Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Laçında yak təsərrüfatı yaradılır

14.12.2022 [18:26]

Xəbərin mətni

Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib. Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.

Bölmənin digər videoları