MƏDƏNİYYƏT


Mehmandarovlar soyu və onlara məxsus malikanə

Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. Bu soyun yaranmasının tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur.