Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fidel Kastronun mükafatlandırdığı pəhləvanın nəvəsindən görünməmiş güc nümayişi

19.12.2022 [17:47]

Xəbərin mətni

Altı yaşlı pəhləvan İbrahim Abdulhüseynov dişləri ilə 10 kiloqramlıq çəki daşını qaldırır, şüşə qırıntıları üzərində uzanır, iki tondan ağır avtomobili dartır və başqa çətin nömrələrin öhdəsindən asanlıqla gəlir. Bu, kökdən gələn gücün, Abdulhüseynovlar nəslinin pəhləvanlıq ənənəsinin göstəricisidir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, adları “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvanlar Laçın və Hüseyn Abdulhüseynovların övladları da babalarının yolunu davam etdirirlər.