CƏMİYYƏT


“Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir

“Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir.AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, “Xocəsən” stansiyası “Bakımetrolayihə” İnstitutunun mütəxəssisləri tərəfindən layihələndirilib. Stansiyanın istismara verilməsi ilə “Bənövşəyi xətt”in sərnişinləri artıq 7 vaqondan ibarət qatarlardan istifadə edə biləcək. Bakı metrosunun sayca 27-ci stansiyası olan “Xocəsən” “Bakmil”dən fərqli olaraq sərnişindaşımalarına daha intensiv cəlb ediləcək.