Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən avtomobil yolu yenidən qurulub

30.12.2022 [14:02]

Xəbərin mətni

Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci kilometrdən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.