İQTİSADİYYAT


Bakı metrosu 20-ci yeni nəsil qatarı xəttə buraxıb

Prezident İlham Əliyevin iştirakı ilə “Bənövşəyi xətt”in “Xocəsən” elektrik deposu və eyniadlı stansiya dekabrın 23-də istifadəyə verildikdən sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində “Bakı Metropoliteni” QSC daha bir yeniliyini təqdim edir. AZƏRTAC xəbər verir ki, “Xocəsən” elektrik deposunun açılışında dövlətimizin başçısı həm də paytaxta gətirilmiş yeni metro vaqonları ilə tanış oldu. Bu gün həmin vaqonlardan ibarət innovasiyalar baxımından sonuncu nəslə mənsub bir qatar xəttə buraxılır.