Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtomobil yollarında hazırkı vəziyyət necədir?

09.01.2023 [14:19]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində mövcud hava şəraiti ilə bağlı əsas avtomobil yollarındakı vəziyyəti açıqlayıb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən növbəti məlumata görə, “Zəfər yolu”na qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.