İQTİSADİYYAT


Gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışmağa davam edir.Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edilib.