Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarın yağması əkinçilikdə məhsuldarlığın artmasına səbəb olacaq

13.01.2023 [11:35]

Xəbərin mətni

Qarın yağması, iqlimin fəsilə uyğun keçməsi əkinçilikdə çox vacib amildir. Qar bitkiləri, xüsusilə taxıl, tərəvəz-bostan bitkilərini soyuqdan, şaxtadan qoruyur. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, quraqlıq havalarda gəmiricilər buğda zəmilərinə böyük ziyan vurur. Amma şaxtalı, qarlı havalarda ziyan vura bilmirlər.