İQTİSADİYYAT


Sahibkarlar üçün 250-dən çox xidmət bir arada – “Bakı KOB evi”ndən reportaj

Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Sahibkarlığın inkişafının birbaşa dövlət tərəfindən dəstəklənməsi də bu baxımdan gələcəyə hesablanmış siyasətdir. Bunun nəticəsidir ki, reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.