Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadlı taxılçılar bu il sahələrdən bol məhsul gözləyirlər

13.01.2023 [16:43]

Xəbərin mətni

Bu il Cəlilabadda taxıl bol olacaq. Yanvarın 9-dan cənub bölgəsinə aramla yağan qar cəlilabadlı fermerlərin də sevincinə səbəb olub. Əsasən dəmyə əkinçiliyi ilə məşğul olan kəndlilər bu il 70 min hektara yaxın sahəyə dənli bitkilər əkiblər.