Özbəkistanda təqdimat: “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına”
23.01.2023 [12:34]
Xəbərin mətni
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində eyniadlı nəşrin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, soydaşlarımız, özbək xalqının nümayəndələri, tələbələr iştirak ediblər.