CƏMİYYƏT


Qubanın qış mənzərəsi – donmuş şəlalələr

Quba rayonundakı Afurca və Suatan şəlalələri donaraq əsrarəngiz təbiət mənzərəsi yaradıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.