MƏDƏNİYYƏT


“Bu səbətlə hara getsəm, hamı bilir ki, gəncəliyəm” – səbət ustası

Gəncədə qədimdən bəri mövcud olan sənət sahələrindən biri də səbətçilikdir. Bu sahə ilə məşğul olan sənətkarların sayı ilbəil azalsa da, səbətə tələbat Gəncədə hər zaman olub. Çünki ölkəmizin qərb regionu, xüsusilə də Gəncə əhalisinin bayramlarda, şən günlərdə içi meyvə-tərəvəz, süd, ət məhsulları və s. ilə dolu olan “Gəncə səbəti”ni sifariş etməsi bir növ adətə çevrilib. AZƏRTAC-ın bölgə müxbiri uzun illərdir səbət düzəldən Vilayət Qurbanovla görüşüb, onun hazırladığı əl-işləri ilə yaxından tanış olub.