ELM VƏ TƏHSİL


ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində iki magistr ixtisası təqdim olunub

Yanvarın 25-də ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində iki magistr ixtisası təqdim olunub. AZƏRTAC xəbər verir ki, magistratura pilləsində tədris olunacaq qlobal idarəçilik və siyasət ixtisası İtaliyanın Luiss Universiteti ilə, qida sistemi üzrə menecment ixtisası isə Bolonya Universiteti ilə əməkdaşlıq vasitəsilə təklif olunur. Yeni magistr ixtisasları İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təklif olunan ilk proqramlardır.