Məktəb direktoru: Müəllimin işgüzar geyimi, üslubu şagird üçün nümunə olmalıdır
12.10.2026 [14:23]
Müəllim təkcə bilik verən şəxs deyil, öz səliqəsi, təmkini, səbri, işgüzar nüfuzu ilə cəmiyyətdə seçilən şəxslərdən biridir. Müəllimin ən ümdə vəzifələrindən biri cəmiyyət üçün sağlam vətəndaşlar yetişdirməkdir. 193 nömrəli məktəbin direktoru Nihal Hacıyeva açıqlamasında qeyd edib ki, müəllimin işgüzar geyimi, üslubu, tərzi şagird üçün nümunə olmalıdır.