Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşaltı əməliyyatından 31 il ötür

26.01.2023 [18:12]

Xəbərin mətni

Azərbaycan Ordusunun 1992-ci il yanvarın 25-də həyata keçirdiyi və uğursuzluqla başa çatan Daşaltı əməliyyatından 31 il ötür. Daşaltı kəndi Şuşa şəhərindən 5 kilometr cənubda, Cıdır düzündən aşağıda, Yevlax-Xocalı-Laçın avtomobil yolunun kənarında, Daşaltı çayının sahilində yerləşir. Daşaltı nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.