CƏMİYYƏT


Gəncə sakinində “Kalaşnikov” markalı avtomat aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov saxlanılaraq baş idarəyə gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır