CƏMİYYƏT
Azərbaycan Gəncləri Günü münasibətilə Şuşada tədbir keçirilib
31.01.2023 [19:28]
Xəbərin mətni
Yanvarın 31-də Şuşa şəhərində “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könlüm Şuşada 2023” adlı tədbir həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Gənclər Həftəsi” çərçivəsində baş tutan tədbirdə ilk olaraq Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib.