Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vediyə qayıtmaq ümidi ilə yaşayan Xanlar dayı məşəqqətli günlərindən danışır

01.02.2023 [16:22]

Xəbərin mətni

Zaman-zaman ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən müsibətləri Xanlar Bayramov da yaşayıb, özü də azyaşlı olarkən. Onun Qərbi Azərbaycandakı uşaqlıq illəri əzab-əziyyətə çevrilib. Hətta evlərinin bir otağı ermənilərə verilib və ailəsi məcburi şəkildə bir il erməni ailə ilə yaşamalı olub. Daha sonra isə deportasiya olunan Bayramovlar yollarda da çox məşəqqətlə qarşılaşıblar. AZƏRTAC-ın bölgə müxbiri Xanlar dayı ilə görüşüb, onun acı xatirələrini qeydə alıb.