Biləsuvar, Ağdaş və Goranboyda torpaq kanallar beton üzlüyə alınır
02.02.2023 [11:06]
Xəbərin mətni
Biləsuvar, Ağdaş və Goranboyda torpaq kanallar beton üzlüyə alınır, su itkisi minimuma endirilir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Cəmiyyətin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Biləsuvar rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır.