Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxda 19 kilometrlik avtomobil yolu yenidən qurulub

02.02.2023 [16:50]

Xəbərin mətni

Qazax rayonunun Qarapapaq-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.