CƏMİYYƏT


Həvəskar balıqçılar həyəcan təbili çalırlar

Həvəskar balıqçılar həyəcan təbili çalır, səbəb isə bir zamanlar müxtəlif növ balıqlarla zəngin olan Araz çayında bu canlıların sayının xeyli azalmasıdır. Elə bu məqsədlə həvəskar balıqçılar çaylarda sintetik balıq torlarına qarşı mübarizə aparırlar. AZƏRTAC-ın əməkdaşı brokonyerlərə qarşı mübarizə aparan balıqçılarla görüşüb, çayda balıq növlərinin azalmasının səbəbləri ilə maraqlanıb.