CƏMİYYƏT


Quba-Xınalıq yolu qardan təmizlənib

Quba-Xınalıq yolu qardan tam təmizlənib. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur. Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən gün yağan güclü qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.