MƏDƏNİYYƏT


Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə xəyanət etməyən, olduqca vicdanlı insan idi

Üzeyir bəy Qara Qarayevin həyatında xüsusi yer tutub. O, həmişə deyirdi: “Üzeyir Hacıbəyli - bizim olan hər şeydir”. Məhz Üzeyir Hacıbəyli sayəsində musiqimiz dünyada tanınıb, sevilib. Onun sayəsində orkestrlər, musiqi teatrları, filarmoniya yaradılıb. Milli kadrların yetişdirilməsi üçün konservatoriyaya Moskva və Leninqraddan ən yaxşı musiqiçilər dəvət olunub.